-1 C
Baku
Sunday, December 15, 2024

Bank VTB (Azərbaycan) ASC-nin kredit portfeli 2.3 dəfə artdı

Bank VTB (Azərbaycan) 2014-cü ilin  1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlamışdır. Bankın 2014-cü il martın 31-nə olan kredit portfeli 194,4 mln manat təşkil etmişdir. Bu, 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.

Həmçinin, cari ilin müvafiq dövründə istehlak kreditlərinin həcmi 93,7 mln manata çatmışdır ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur.

Əhalinin əmanətləri 5,451 mln manat təşkil etmişdir, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 63% çoxdur. Bankın məcmu kapitalı 3 dəfə artaraq 46,084 mln. manat olmuşdur, habelə nizamnamə kapitalı 50,815 mln manat təşkil edir. 2014-cü ilin 1-ci rübü üzrə Bankın gəlirləri 10,611 mln. manat olmuş və ötən ilin müvafiq doru ilə müqayisədə 3 dəfə artmışdır.

Bank VTB (Azərbaycan) ASC-nin aktivləri 2013-cü ilin analoji dövri ilə müqayisədə 2,1 dəfə artmış və 205,4 mln. manata çatmışdır.

Son xəbərlər
Digər xəbərlər