10 aprel 2019-cu il tarixində Azərbaycan xalq yazıçısı Çingiz Abdullayevin “Eramızı əzəlində sui-qəsd” adlı kitabının təqdimatı olub. Kitab bank VTB (Azərbaycan) tərəfindən yazıçının 60-illik yubileyi ərəfəsində nəşr edilib.
1990-ci ildə yazılan tarixi roman imperator Yuli Sezarın hakimiyyəti dönəmində Qədim Romada baş verən hadisələrdən bəhs edir. Kitab hədiyyəli nəşrdir və məhdud tirajla dərc edilib.
Tədbirdə dövlət və ictimai xadimlər, o cümlədən Azərbaycan Respublikası Mədəniyyət naziri Əbülfəs Qarayev, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsumov, Rusiyanın Azərbaycandakı səfiiri Mixayil Boçarnikov, Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Rzayev iştirak edib.
“Çingiz Abdullayev Azərbaycanı bütün dünyada təbliğ edən şəxsiyyətdir. Azərbaycan mədəniyyəti üçün onun əhəmiyyəti çox böyükdür. Mən əziz dostumuzu yubiley və kitabının təqdimatı münasibəti ilə təbrik edirəm. Azərbaycanın xalq yazıçısının kitabını yenidən nəşr etdiyi üçün bank VTB (Azərbaycan)-a təşəkkür edirəm”, -deyə Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib.
“Bu böyük tarixi romandır və mən onun üzərində uzun illər çalışmışam. Artıq 16 ildir ki, onun ikinci hissəsi üzərində işləyirəm: tarixi əsərlər dəqiqlik tələb edir, çoxlu məlumat toplamaq lazım olur. Mən kitabımın nəşri üçün bank VTB (Azərbaycan)-a təşəkkür edirəm” – deyə, Çingiz Abdullayev qeyd edib.
“VTB uzun illər ərzində görkəmli mədəniyyət və incəsənət nümayəndələri ilə layihələr reallaşdırır. Bizim üçün Çingiz Abdullayevin kitabını dərc etmək böyük qürurdur. Bu kitabın ərsəyə gəlməsinə o, 14 il sərf edib. Ümid edirəm ki, kitabın görünüşü də oxuculara xoş təəssürat bağışlayacaq” – bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri bildirib.