9 C
Baku
Friday, December 13, 2024

Bankdan filiallarla bağlı optimizasiya

“Bank VTB (Azərbaycan)” filial şəbəkəsinin optimallaşdırılmasını davam etdirir. Bankdan verilən xəbərə görə, bank iki filialı – “Azadlıq” və “Sumqayıt” filiallarının lisenziyalarının ləğvi üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edib.

Filialların optimallaşdırılması bankın korporativ bizneslə işin gücləndirilməsinə yönəlmiş üçillik yeni strategiyasının tərkib hissəsidir. Yeni strategiya çərçivəsində bank, filial şəbəkəsinin konsolidasiyasını həyata keçirir və əvvəllər bankın müştəri bazasının əsas hissəsini təşkil edən pərakəndə müştəriləri üçün nəzərdə tutulan filiallarını birləşdirir.

Optimallaşdırma prosesi başladıqdan sonra bankın korporativ biznesinin nail olduğu müsbət nəticələr bu strategiyanın məqsədəuyğun və effektiv olduğunu göstərir.

Bankın müştəriləri əmin ola bilər ki, filialların bağlanması bankın xidmət səviyyəsinə yalnız müsbət təsir göstərəcək. Müştərilər bankın istənilən filialına müraciət edə bilər – baş ofis yanında Müştəri Xidmətləri İdarəsi, “Əcəmi”, “Sahil”, “Gəncə”, “Neftçilər”, “Elmlər” və “Gənclik” filiallarının işi adi rejimdə davam edir. Bank VTB (Azərbaycan) tərəfindən tətbiq olunan “Vahid Xidmət” sistemi fiziki və hüquqi şəxslərə hesab açdıqları filiala bağlı olmadan bank əməliyyatlarını VTB (Azərbaycan)-ın istənilən filialında həyata keçirməyə imkan verir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər