Rusiyanın VTB bankına məxsus “Bank VTB Azərbaycan” ASC artıq “özünə gəlməkdədir”. İlin ilk yarımilliyində müsbət istiqamətdə xeyli dəyişikliklər var.
Bank 2020-ci ilin ilk yarmilliyində aktivlərini 11.2 mln. manat (7.1%) artımla 168.56 mln. manata qədər yüksəldib. Aktivlərinin 14,24 mln. manatı qiymətli kağızlar, 63.66 mln. manatı nağd vəsaitlər, 241.51 mln. manatı kredit portfeli olmuşdur.
Kredit portfelinin 55.41 mln. manatı istehlak kreditləri, 168.05 mln. manatı biznes və 18.05 mln. manatı isə daşınmaz əmlaka yönəldilmiş kreditlər olub.
Bankın öhdəlikləri 106.87 mln. manat olub, bu da ilin əvvəli ilə müqayisədə 10% artım olması deməkdir.
“Bank VTB Azərbaycan”nın öhdəliklərinin 61.38 mln. manatı depozit portfelidir ki, burada, 33.38 mln. manatı fiziki şəxslər və 28 mln. manatı isə hüquqi şəxslərdən cəlb edilən vəsaitlər olub. Depozitlərinin cari ilin əvvəli ilə müqayisədə 4% artımına səbəb, şirkətlərin (hüquqi şəxslərin) banka son 6 ay ərzində 4.12 mln. manat (17%) artımıdır. Çünki bankın fiziki şəxslərdən cəlb etdiyi depozitlərin portfeli 1.7 mln. manat yarımil ərzində kiçilib.
Bankın faiz gəlirləri 4.11 mln. manat, faiz xərcləri 1.32 mln. manat, qeyri-faiz gəlirləri 1.28 mln. və qeyri-faiz xərcləri 7.53 mln. manat olub, nəticədə 3.85 mln. manatlıq əməliyyatı zərərdə olub.
Lakin, bankı 5.4 mln. manatlıq mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan əlavələr hesabına 1.54 mln. manatlıq xalis mənfəət etməsinə səbəb olub.
Bu xalis mənfəət hesabına bankın balansında illərin yığılmış zərəri 255.27 mln. manata qədər azalıb.