9 C
Baku
Thursday, December 12, 2024

“Bank VTB (Azərbaycan)” ilk rübdə 2.2 mln. manat xalis mənfəət əldə edib

“Bank VTB (Azərbaycan)” ASC 2024-cü ilin birinci rübündə 2.2 mln. manat xalis mənfəət əldə edib. Bu, 2023-cü ilin analoji dövründə 2.91 mln. manat idi.

Banker.az bunu bankın rüblük maliyyə hesabatına istinadən xəbər verir.

Bankın cəmi faiz gəlirləri ilk rübdə 7.18 mln. manat, qeyri-faiz gəlirləri 2.71 mln. manat olduğu halda, faiz xərcləri 1.98 mln. manat və qeyri-faiz xərcləri 6.77 mln. manat olub.

Beləliklə, ilk rübdə 0.68 mln. manatlıq əməliyyat mənfəəti əldə edib.

Bankın aktivlərinin həcmi ilin əvvəli ilə müqayisədə 2.9 faiz azalmaqla 243.4 mln. manata düşüb. Aktivlərində mühüm paya sahib olan müştərilərə verilmiş kreditlərin həcmi ilin əvvəlindən 5.8 faiz artımla 198 mln. manata yüksəlib.

Bankın cəmi öhdəliklərinin həcmi ilin əvvəlindən 5.5 faiz azalaraq 150.05 mln. manata düşüb.

1111

Son xəbərlər
Digər xəbərlər