21 C
Baku
Friday, April 26, 2024

Bank VTB (Azərbaycan)-ın dəstəyi ilə Rəşid Behbudovun xatirə gecəsi keçirilib®

Bank VTB (Azərbaycan)-ın dəstəyi ilə R.Behbudov adına Mahnı teatrında dahi sənətkar, SSSRİ xalq artisti R.Behbudovun xatirə gecəsi keçirilib. Tədbirdə incəsənət və  ictimai xadimlər, eləcə də biznes nümayəndələri iştirak edib. 

“Bank VTB (Azərbaycan) öz sosial fəaliyyətində mədəni irsin inkişafına xüsusi yer ayırır. 10 illik fəaliyyəti çərçivəsində bank bir sıra ictimai əhəmiyyətli layihələrə imza atıb. Bu dəfəki layihəmiz görkəmli şəxsiyyət Rəşid Behbudova həsr olunub. Belə ki, bu il Rəşid Behbudovun anadan  olmasından 105 il ötdüyünü nəzərə alaraq, 2020-ci ilin təqvimini unudulmaz müğənninin xatirəsinə həsr etmişik. Bu gün də onun xatirəsini elə özünün qurduğu Mahnı teatrında anırıq”- deyə bank VTB(Azərbaycan)-ın idarə heyətinin sədri Yevgeni Kirin bildirib.

“Rəşid Behbudov  Azərbaycanla Rusiya arasında bir körpüdür. O, Azərbaycanla yanaşı Rusiyada da sevilir. Bank VTB (Azərbaycan)-ın belə bir layihəni reallaşdırması da təqdirə layıqdır ” – Rəşid Behbudov fondunun direktoru Kamil Şahverdiyev qeyd edib.

Tədbirdə xalq artistləri Salman Qəmbərov, Gülyanaq Məmmədova, əməkdar artistlər Aygün Zeynalova, Fəxri Kazım-Nicat, Aynur İsgəndərova və digər sənət adamları Rəşid Beybudovun repertuarından mahnilar ifa edib.  

Tədbirdən olan videoçarxa link vasitəsi ilə baxmaq mümkündür. 

MG 2924MG 2895MG 2826MG 2788MG 2764 1

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər