Rusiya “VTB” bankının Azərbaycandakı törəməsi “Bank VTB (Azərbaycan)”nın işçi sayı 2019-cu ilin ilk yarımilliyi ərzində 9 nəfər artırıb.
Banker.az-ın xəbərinə görə, bu barədə bankın hesabatında deyilir.
Belə ki, 1 iyul 2019-cu il tarixdə 298 nəfər təşkil edib – bu ilin əvvəlində 289 nəfər idi.
Ümumiyyətlə, “Bank VTB (Azərbaycan)” il yarımda aktivlərinə görə kiçilməsinə rəğmən bank işçi heyətini isə, əksinə, böyüdür.