Rusiya kapitallı “Bank VTB Azərbaycan” 2019-cu il ərzində işçi heyətini 26 nəfər böyüdüb.
Banker.az bu barədə “Bank VTB (Azərbaycan)” ASC-dən əldə edilən məlumatda deyilir.
Dörd filiala malik olan bankın işçi sayı 1 yanvar 2020-ci il tarixində 315 nəfər təşkil edib.
Qeyd edək ki, bankın yanvar ayının 1-də olmaqla 2019-cu ildə 289 nəfər, 2018-ci ildə 288 nəfər, 2017-ci ildə 402 nəfər (həmin ərəfədə 9 filial var idi), 2016-cı ildə 526 nəfər (14 nəfər filal) və 2015-ci ildə isə 457 nəfər işçi sayın malik idi.