Azərbaycanda fəaliyyət göstərən Rusiya brendi “Bank VTB (Azərbaycan)” ASC istehlak kreditlərinin faiz şərtlərini dəyişib.
Banker.az-ın Monitorinq Qrupu bildirir ki, bankın “Nağd” və “Refinans” kreditinin başlanğıc illik faiz dərəcələri 16.9%-dən 15%-ə qədər endirilib.
Qeyd edək ki, “Bank VTB (Azərbaycan)” 5 il müddətinə qədər və 25 000 manat maksiumum məbləğə qədər manatda təklif edir.