12 C
Baku
Thursday, March 28, 2024

Bank VTB (Azərbaycan) “Mədəniyyətlərin dialoqu xalqların dialoqunun əsasıdır” mövzusunda dəyirmi masada iştirak edib®

Bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yevgeni Kirin “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində “Mədəniyyətlərin dialoqu xalqların dialoqunun əsasıdır” mövzusunda keçirilən dəyirmi masada iştirak edib. 

İclas Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayevin, TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın və Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun moderatorluğu ilə keçirilib. 

Bank VTB (Azərbaycan) fəaliyyət göstərdiyi gündən etibarən ölkənin mədəni həyatında iştirak edir. Belə ki, hər il bankın dəstəyi ilə Azərbaycanın mədəni irsinin qorunması və inkişafı istiqamətində müxtəlif layihələr reallaşdırılır. 

Son xəbərlər
Digər xəbərlər