“Bank VTB (Azərbaycan)” manatda olan əmanətlərin faizlərini qaldırıb

“Bank VTB (Azərbaycan)” ASC manatda olan əmanətlərin faiz dərəcəsini qaldırıb.

Banker.az-ın Monitorinq Qrupu bildirir ki, Bank manatda olan “Sərfəli” əmanətin faiz dərəcəsini 8.5%-dən 10%-ə qaldırıb.

“Unversal” əmanətin faiz dərəcəsi 7.25%-dən 9.2%-ə qədər qaldırılıb.

Bu iki əmanətin müddəti bundan öncə 90 gündən 730 günədək idi. Hazırdakı şərtlərə görə əmanətlərin müddəti  90 gündən 1095 günədəkdir.

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər