2 C
Baku
Saturday, December 14, 2024

“Bank VTB Azərbaycan” manatdakı depozitlərin faizlərini yüksəldib

“Bank VTB Azərbaycan” ASC-nin fiziki şəxslərdən cəlb etdiyi iki depozit məhsulunun faizləri artırılıb.

Banker.az-ın Monitorinq Qrupu bildirir ki, bankın “Universal” depozit məhsulunun milli valyuta manatda olan illik faiz dərəcəsi 1 faiz bəndi artırılmaqla 7.25%-ə yüksəldilib.

“Sərfəli” depozitin illik faiz dərəcəsi isə 1 faiz bəndi yüksəldilməklə 8.05% olub.

Qeyd edək ki, “Bank VTB Azərbaycan” hər iki depoziti manatda, ABŞ dollarında və Rus rublunda cəlb edir.

Son xəbərlər
Digər xəbərlər