“Bank VTB (Azərbaycan)” nağd kreditdə maksimal məbləği yenidən artırdı

Bir ay öncə istehlak kreditlərinin faiz dərəcəsini endirən “Bank VTB (Azərbaycan)” ASC bu dəfə məbləği yenidən artırmalı oldu.

Banker.az-ın Monitorinq Qrupu bildirir ki, bankın yalnız manatda təqdim etdiyi Nağd kreditin maksimal məbləğini daha 5 000 manat artırıb. Bununla da maksimal məbləğ 25 000 manata çatdırılmışdır.

Xatırladaq ki, iyulun 6-da istehlak krediti olan Nağd kreditin faiz dərəcəsinin başlanğıc faizi 17%-dən 16.9%-ə, maksimum məbləği isə 10 000 manatdan 20 000 manata qədər artırılıb.

Son xəbərlər
Digər xəbərlər