10 C
Baku
Thursday, November 14, 2024

Bank VTB (Azərbaycan) nağd pul krediti üzrə yeni aksiyaya start verib ®

Bank VTB (Azərbaycan) yeni “Start” aksiyasına başlayıb. Aksiya çərçivəsində müştərilər nağd pul kreditini 9%-lə əldə edə biləcək. Təklif 15 iyul 2019-cu il tarixinədək qüvvədədir. Promomüddət başa çatdıqdan sonra illik faiz dərəcəsi 24% təşkil edəcək.

Təklif olunan kreditin məbləği 10 000 manat, müddəti 6 aydan 3 ilə qədərdir. Kredit əldə etmək üçün VTB (Azərbaycan)-ın istənilən filialına müraciət etmək və ya +99455 2140986 nömrəli WhatsApp, eləcə də bankın saytı vasitəsi ilə sifariş etmək mümkündür.

“Bu təklif Azərbaycanın bank sektoru üçün unikaldır – adətən müştərilərə vahid faiz dərəcəsi ilə kredit təklif olunur. “Start” aksiyası çərçivəsində isə biz müştərilərə xərclərini əhəmiyyətli dərəcədə azaltmaq imkanı veririk. Aşağı faizlə ödəniş müddətinin sayı kredit üçün müraciət vaxtından asılıdır. Kredit nə qədər tez alınarsa 9%-lik ödəniş müddəti bir o qədər çox olar” – deyə bank VTB (Azərbaycan)-ın satış, şəbəkənin inkişafı və müştərilərə xidmət idarəsinin rəisi Pərviz Rəsulov bildirib.

Son xəbərlər
Digər xəbərlər