10 C
Baku
Thursday, December 12, 2024

Bank VTB (Azərbaycan) ödənişləri artıq MilliÖN terminallarında!

Bank VTB (Azərbaycan) iyunun 17-dən başlayaraq MilliÖN (PayPoint) terminalları (köşkləri) vasitəsilə kredit ödənişləri həyata keçirilməsi xidmətini istifadəyə verəcəkdir.
Beləliklə, VTB (Azərbaycan) müştəriləri artıq «Komtec Ltd» şirkətinin MilliÖN terminalları vasitəsilə kredit ödənişləri edə bilərlər.

Bu halda kredit ödənişləri üzrə komissiya tutulmayacaq.

Bank VTB (Azərbaycan) ASC-nin Şəbəkənin inkişafı idarəsinin rəisi Toğrul Əliyev: “Bizim xidmətlərdən istifadə zamanı əhalinin rahatlığını artırmaq məqsədilə VTB (Azərbaycan) pərakəndə şəbəkəni genişləndirir. MilliÖN terminalları vasitəsilə kredit ödənişlərinin həyata keçirilməsi bizim müştərilərə xidmət şəbəkəmizi xeyli genişləndirmişdir. MilliÖN köşkləri vasitəsilə müştərilər günün istənilən vaxtında kredit üzrə borclarını ödəyə bilərlər. Xatırladım ki, MilliÖN terminalları gündəlik olaraq ölkə əhali tərəfindən istifadə olunur və insanların sıx toplaşdığı yerlərdə quraşdırılmışdır: metro stansiyalarında və yeraltı keçidlərdə, supermarketlərdə, ticarət, əyləncə və biznes mərkəzlərində, hava və dəniz limanlarında, dəmir yolu və avtovağzallarda, yanacaq doldurma məntəqələrində və s.”

Son xəbərlər
Digər xəbərlər