6 C
Baku
Wednesday, January 15, 2025

Bank VTB (Azərbaycan) ötən ili 9.5 milyon manat mənfəətlə başa vurdu

“Bank VTB (Azərbaycan)” ASC 2024-cü ili 9 milyon 538 min manat xalis mənfəət ilə başa vurub. Ötən ilin eyni dövründə bank 10 milyon 608 min manat mənfəət etmişdir.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Bank VTB (Azərbaycan)”ın cəmi gəlirləri 47 milyon 402 min manat (əvvəlki ilə nisbətən 35.5% çox), cəmi xərcləri 38 milyon 337 min manat təşkil edib.

Hesabat dövründə bankın cəmi aktivləri 317 milyon 98 min manat olub ki, bu da 2023-cü ilin dekabr ayının sonu ilə müqayisədə 27% artıb. Bunun 234 milyon 993 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, bankın kredit portfeli 2024-cü ildə 26% artıb.

Son xəbərlər
Digər xəbərlər