Bank VTB (Azərbaycan)-ın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Bu barədə Banker.az-a Bankdan məlumat daxil olub.
07 fevral 2018-ci il tarixində bank VTB (Azərbaycan) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Toplantı saat 11:00 – da bankın Xətai prospekti, 38 ünvanında yerləşən baş ofisində keçiriləcək.
Məlumata görə, İclasın gündəliyinə Bank Səhmdarlarının Növbədənkənar Ümumi Yığıncağının katibinin seçilməsi, Müşahidə Şurasının tərkibi kimi məsələlər daxil edilib.






