Bank VTB (Azərbaycan) müştərilərə “Sərfəli” və “Universal” əmanətləri üzrə vəsaitlərini 90 gündən 730 günədək istənilən müddətə yerləşdirmək imkanı verir. Bundan əvvəl hər iki əmanət müəyyən müddətlik – 3,6,12 və ya 24 aylıq açılırdı.
Bundan başqa, əmanətin müddəti və valyutasından asılı olaraq depozit üzrə faiz dərəcələri 0,5 faiz bəndi artaraq, “Sərfəli” əmanəti üzrə 9,55%-dək və “Universal” üzrə – 8,3% -dək yüksəlib. Bank eləcə də məsafəli kanallar (internet və ya mobil bank, WhatsApp, Çağrı mərkəzi və ya bankın saytı) vasitəsilə müraciət etdikdə manatla yerləşdirilmiş əmanətlər üzrə gəlirliyi artırmaq imlanı verir – artım 0,2 faiz bəndi təşkil edir.
Vəsaiti manat, dollar və rublda yerləşdirmək mümkündür. Hər iki təklif üzrə minimal məbləğ 100 manat (və ya xarici valyuta ekvivalenti) təşkil edir. Müştərinin istəyindən asılı olaraq faizlər bank kartı və ya cari hesaba köçürülə, aylıq və ya müddətin sonunda ödənilə bilər. Əmanət açıldıqda ödənilən faizlərin çıxarılması üçün müştəriyə pulsuz plastik kart, eləcə də SMS-xəbərdarlıq xidməti və internet/mobil bank xidmətlərinə qoşulmaq imkanı təqdim olunur.