Bank VTB (Azərbaycan) Bakıda keçirilən “Xaricdə təhsil” sərgisində iştirak edəcək. Ümumilikdə 200-dən çox müxtəlif ölkələrin universitet və 20-dən çox ali təhsil müəssisəsinin nümayəndəsi iştirak edəcəyi sərgi “Azəristudent” şirkəti tərəfindən təşkil olunur.
Bank VTB (Azərbaycan) ölkədə və xaricdə oxumağı planlaşdıran şəxslər üçün nəzərdə tutulan “Təhsil krediti” məhsulunu sərgidə təqdim edəcək. Sərfəli şərtləri və geniş imkanları sayəsində bankın “Təhsil krediti” oxumaq istəyənlər üçün çox əlverişlidir. Məhsulun şərtlərinə əsasən, kredit həm ali, həm də orta-ixtisas məktəblərində təhsilin ödənişi üçün nəzərdə tutulub. Bu zaman kredit həmçinin əlavə təhsil, təkmilləşmə və peşə hazırlığının ödənişinə də yönəldilə bilər. Pul vəsaiti təhsil alanın özünə və ya yaxın qohumuna ayrıla bilər. Krediti almaq üçün artıq oxuyan və təhsilini davam etdirmək üçün ödəniş etməyi planlaşdıran şəxslərə də müraciət edə bilər.
Bankın mütəxəssisləri təhsil krediti barədə sərgi ziyarətçilərinə ətraflı məlumat verəcək, eləcə də təhsil alanlara və onların ailələrinə xaricdə faydalı olacaq digər məhsul və xidmətlərdən danışacaq. Bank VTB (Azərbaycan)-ın “Təhsil krediti” barədə ilkin ətrafı məlumatı http://ru.vtb.az/personnel/credits/educationloan.php linki vasitəsi ilə tanış olmaq mümkündür.
Sərgi 10 fevral tarixində JW Marriott Absheron otelində keçiriləcək. Sərgiyə gələn ziyarətçilər özlərinə, övladlarına uyğun təhsil ocağı seçib, həmin müəssisənin nümayəndəsi ilə birbaşa ünsiyyətdə olub, bütün maraqlandıran sualları onlara verə biləcək.
Sərgidə barədə ətraflı məlumat üçün: http://azeristudent.az/events/xaricde-tehsil-sergisi-fevral-2018