Bank VTB (Azərbaycan)-ın “Əcəmi”, “Gənclik” və “Neftçilər” filialları yeni iş rejiminə keçir. Yeni qrafikə əsasən, şəhər əhalisinin sıx məskunlaşdığı hissələrində yerləşən bankın 3 filialı həftənin 6 günü işləyəcək.
Filialların iş rejimi: həftə içi saat 09.00-dan 19.00-dək
şənbə günləri: saat 10.00-dan 16.00-dək.
Bankın bu filialları müştərilərinə xarici valyutada olan kreditlər üzrə kompensasiya ödənişinə davam edəcək, eləcə də müştərilərə cari hesabdan vəsaitin verilməsi, təcili pul köçürmələrinin göndərilməsi/alınması, cari hesabların açılması, plastik kartın sifarişi/verilməsi, cari (kart), depozit hesabların artırılması kimi xidmətlər göstərəcək. Filiallara kredit ödənişləri, kredit sifarişlərinin qəbul edilməsi və sənədləşdirilməsi, valyuta mübadiləsi, cərimə və kommunal ödənişlərin həyata keçirilməsi, ödəniş tapşırıqlarının, İnternet-bank və Mobil-banka qoşulmaq üçün ərizələrin qəbulu və s. xidmətlər üçün müraciət də etmək mümkündür.