Bank VTB Azərbaycan ilin 1-ci yarımilliyini 6 mln. 208 min manat xalis mənfəətlə tamamlayıb.
Banker.az bankın yarımillik hesabatına istinadən xəbər verir ki, ilk 6 ay ərzində faiz gəlirləri 12 mln. 461 min manat, faiz xərcləri isə 3 mln. 775 min təşkil edib. Beləliklə, bankın xalis faiz gəliri 8 mln. 389 min manat həcmində olub.
Hesabata əsasən, qeyri-faiz gəlirlərinin həcmi 8 mln. 28 min manat, qeyri-faiz xərclərinin həcmi isə 15 mln. 373 min manat olub.