21 C
Baku
Saturday, May 4, 2024

“Bank VTB (Azərbaycan)”da daha bir departament rəhbəri təyin edilib

Azərbaycanda 100% Rusiya kapitallı “Bank VTB (Azərbaycan)” ASC-nin daha bir departamentinə direktor təyin edilib.

Banker.az xəbər verir ki, Orxan Abdullayev bankın İnformasiya və texnologiyalar departamentinin direktoru təyin edilib. O, bu vəzifənin icrasına 2021-ci ilin sentyabrından başlayıb.

A.Abdullayev 7 ildən çoxdur ki, “Bank VTB (Azərbaycan)”da çalışır. 2014-cü ildə bu banka mütəxəsis kimi gəlib, sonradan şöbə müdrinə qədər vəzifəyə yüksəlmişdi.

Qeyd edək ki, bundan öncə Banker.az-da Vaqif Şərabçıyev bu bankın Rəqəmsal bankçılığa dəstək departamentinin direktoru təyin edilməsi ilə bağlı məlumat yerləşdirilmişdi.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər