“Bank VTB (Azerbaijan)” ASC-nin İdarə Heyətinin tərkibində dəyişiklik baş verib. İlqar Zülfüqar oğlu Novruzov Bankın İdarə Heyətindən çıxıb.
İ.Novruzov 2012-ci ildə “Bank VTB (Azerbaijan)”ın İdarə Heyətinin üzvü təyin edilmişdir.
O, həmçinin Maliyyə Departamentinə rəhbərlik edib.
Yaxın vaxtlarda İdarə Heyətinə daha bir üzvün seçiləcəyi gözlənilir.
Hazırda Bankın İdarə Heyətinin sədri Yuri Dmitriyeviç Yakovlev, digər üzv Tural Eldəniz oğlu Vəliyevdir. Xatırladaq ki, bu yaxınlarda həmçinin İqor Okayev İdarə Heyətinə üzv seçilib. Qeyd edək ki, “Unibank”dan transfer olunan İ.Okayev həm də Korporativ biznes Departamentinin direktoru vəzifəsində çalışır.
MARJA