“Bank VTB (Azərbaycan)” ASC-nin rəhbərliyində dəyişiklik baş verib.
Agentlik xəbər verir ki, bankın Müşahidə Şurasının sədr müavini Vüqar İsmayılov işdən çıxıb.
Bununla da Müşahidə Şurasında təmsil olunanların sayı 7-dən 6-ya enib.
Qeyd edək ki, hal-hazırda Müşahidə Şurasının sədr Vasiliy Titovdur. Şuranın sədr müavini Sergey Tsaryev, üzvlər isə Anna Skrınçenko, Bayram Vəliyev, Rəşad Rəsullu, Müseyib Əliyevdir.
APA-Economics