7 C
Baku
Thursday, December 12, 2024

“Bank VTB (Azərbaycan)”na transfer olub – təyinat

“Bank VTB (Azərbaycan)” ASC-nin departamentlərindən birinə direktor təyin edilib.

Banker.az-ın bu barədə əldə etdiyi məlumata görə, Vaqif Şərabçıyev bankın Rəqəmsal bankçılığa dəstək departamentinin direktoru təyin edilib.

V.Şərabçıyev, bu vəzifənin icrasına 2021-ci ilin sentyabrından start verib.

O, buna qədər “Bank of Baku” ASC-də çalışıb. Bu bankda 11 ilə yaxın təcrübəsi var. V.Şərabçıyev, “Bank of Baku”da 2010-cu ilin dekabrında mütəxəssis kimi başlamış, 2014-cü ilin yanvarından isə, şöbə müdiri və 2016-cı ilin iyunundan isə İnformasiya və texnologiyalar departamentinin direktoru kimi çalışmışdır.

 

Son xəbərlər
Digər xəbərlər