Rusiya kapitallı “Bank VTB (Azərbaycan)” ASC Azərbaycanda 25 ildir ki, tikinti şirkəti kimi fəaliyyət göstərən “MƏMMƏDOVLAR” Şirkətini məhkəməyə verib.
Banker.az xəbər verir ki, kommersiya bankı Bakı ş. Binəqədi Rayon Məhkəməsinə müraciət edərək Şirkətdən kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi ilə müraciət edib.
Məhkəmə prosesinə şirkətin qanuni təmsilçisi Məmmədov Cavanşir Məmməd oğlu ilə yanaşı ona yaxın qohumları da cəlb olunub.
Aldığımız məlumata görə, rayon məhkəməsi bankın müraciəti ilə bağlı tələbi qismən yerinə yetirdiyi barədə qətnamə qəbul etdiyini açıqlayıb.
Buna baxmayaraq Binəqədi R.M.-nin bu qərarından həm, iddiaçı bank və eləcə də əks tərəf – “MƏMMƏDOVLAR” Şirkəti narazı qalıblar. Qərara hazırda Bakı Apelyasiya Məhkəməsində baxılır.
Xatırladaq ki, “MƏMMƏDOVLAR” Şirkəti 1995-ci ildən etibarən tikinti materiallarını Azərbaycana idxal edir. Materiallar əsasən Türkiyə, Rusiya, İran, Avstriya, ABŞ və Polşa istehsalıdır.