18 C
Baku
Thursday, April 25, 2024

“Bank VTB (Azərbaycan)”da komitə sədri dəyişdi – TƏYİNATLAR

“Bank VTB (Azərbaycan)” ASC komitələrinin üzvlərinin siyahısını yeniləyib. Bu barədə Banker.az banka yaxın mənbədən əldə etdiyi məlumatda deyilir.

Azərbaycanda maliyyə sektorunda son 6 ayda bir çox yerlərdə vəzifə tutan Rəşad Rəsullu, “Bank VTB Azərbaycan”dan da uzaqlaşdırılıb. O, bu bankda Riskləri idarəetmə komitəsinin sədri vəzifəsində idi.

Rəşad Rəsullu – “Ata Sığorta” ASC-də və Amerikanlara satılan Monteneqrodakı Azərbaycan bankında Diektorlar Şurasının üzvi vəzifəsində idi. O bu ilin martından etibarən maliyyə sektorunda vəzifə aldığı qurumlarda yalnız istefa xəbərləri ilə yadda qalıb.

R.Rəsullunun yerinə isə Tsaryov Sergey Vladimiroviç təyin edilib.

Həmin komitədə daha bir şəxs – Mirzəzadə Vüqar, Səlimzadə Leyla ilə əvəzlənib. Eləcə də Riskləri idarəetmə komitəsinin məsul katibi olmuş Rüfət Sultanovun yerinə Fəranə Heydərova seçilib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər