Rusiya kapitallı “Bank VTB (Azərbaycan)” ASC ötən il ərzində 3.86 milyon manat həcmində xalis mənfəət edib.
Bu barədə Banker.az bankın 2020-ci il üzrə maliyyə hesabatına istinad edir.
Bankın faiz gəlirləri 25.3% artmaqla 10.39 mln manat edib. Ötən ilin artımına səbəb, kredit faizlərindən gəlirinin 2.25 mln manat (41.1%) artmaqla 7.74 mln manata çatmasıdır. “VTB” hesabat dövrü ərzində banklarda daxil olmaqla digər maliyyə institutlarına kreditlərdən 1.36 mln, onlarda yerləşdirdiyi depozitlərdən 0.29 mln və qiymətli kağızlar üzrə faiz gəlirlərindən 0.58 mln. manat daxil olub.
“VTB” ötən il faiz xərclərini öncəki illə müqayisədə qismən sabit saxlamaqla 3.23 mln edib. Bankın qeyri-faiz gəliri 3.77 mln, qeyri-faiz xərcləri 18.83 mln manat olub.
Beləliklə bankın əməliyyatı 8.72 mln manat zərər edib. Lakin, bankın son bir ildə əməliyyatın 1.4 mln manat zərəri azalda bilməsi deməkdir. Bank öncəki illərdə ehtiyata ayırdığı mümkün zərərlər üçün ehtiyatlardan geridönüş hesabına 12.58 mln manat vəsait əldə edib, bu da bankın zərərdə olan əməliyyatını qarşılamaqla yanaşı 3.86 mln manat xalis mənfəət etməsinə gətirib çıxarıb.
“VTB”nin bu mənfəətindən sonra, yığılmış zərərin həcm 256.81 mln manatdan 252.95 mln manata qədər azaldıb. Beləliklə, bankın kapitalı 60.29 mln manatdan 63.92 mln manata qədər yüksəlib. Qeyd kimi bildirək ki, kapitalın 315.81 mln manatı nizamnamə kapitalıdır.
BANK BÖYÜDÜ…
“VTB” son bir ildə aktivlərini 19.1% böyütməklə 187.34 mln manata qaldırıb. Aktivlərində əsas artım səbəbi digər bank/BOKT-lara verdiyi kreditlərin həcminin 3.5 dəfə artımla 14.3 mln manata yüksəlməsidir. Aktivlərinin 51.79 mln. manatı nağd vəsaitlər, 14.4 mln manatı ticarət və investisiya qiymətli kağızlar, 125.87 mln manatı müştərilərə verdiyi kreditlər və 5.13 mln manatı isə əmlak təşkil edir.
“VTB”nin müştərilərdən cəlb etdiyi depozitlərin həcmi 27.7% artımla 75.3 mln manat artıb. Burada, 39.19 mln manatı fiziki şəxslərin vəsaitləri və 36.11 hüquqi şəxslərin vəsaitləri olub.