10 C
Baku
Wednesday, November 13, 2024

“Bank VTB (Azərbaycan)” ₼12 milyon xalis mənfəət əldə edib

“Bank VTB Azərbaycan” ASC 2022-ci ili 11 milyon 900 min manat mənfəətlə başa vurub. 2021-ci ildə bankın mənfəəti 4 milyon 213 min manat olub ki, bu da illik müqayisədə 2.8 dəfə artım deməkdir.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

GƏLİRLƏRİ KƏSKİN ARTIB

Ötən il “Bank VTB Azərbaycan”ın gəlirləri 39 milyon 230 min manat (əvvəlki ilə nisbətən 58% çox), xərcləri 36 milyon 469 min manat təşkil edib. 2021-ci ildə bankın gəlirləri 24 milyon 912 min manat, xərcləri isə 28 milyon 366 min manat olub. Belə ki, gəlirlər xərcləri üstələdiyindən bank 2022-ci ildə 2 milyon 761 min manat əməliyyat mənfəəti edib.

BANK BÖYÜYÜB

Hesabat dövründə “Bank VTB Azərbaycan”ın aktivləri 238 milyon 493 min manat təşkil edib ki, bu da ötən ilin sonuna 3% artımdır. Bunun 159 milyon 775 min manatı müştərilərə verilmiş kreditlərdir.

DEPOZİT PORTFELİ ARTIB

“Bank VTB Azərbaycan”ın cəmi öhdəlikləri 3.3% azalaraq 158 milyon 275 min manat, o cümlədən depozit portfeli 7% artaraq 94 milyon 851 min manat, kapitalı isə 17% artaraq 80 milyon 219 min manat olub.

v1 v2

Son xəbərlər
Digər xəbərlər