28 C
Baku
Saturday, July 27, 2024

Bank VTB-də “Universal” və “Sərfəli” əmanət üzrə faiz dərəcələri azalıb

Bank VTB-nin depozit faizlərində dəyişiklik olub.

Banker.az xəbər verir ki, Bank VTB-də Universal əmanətin faiz dərəcəsi əvvəl 7,25% idisə, indi 6,75% olub. Belə ki, bankda universal əmanətin faiz dərəcəsi 0,5 faiz bəndi azalıb.

Həmçinin Sərfəli əmanətin faiz dərəcəsi 8,05% dən 7,55%-dək azalıb.

Bildirək ki, “Bank VTB Azərbaycan” 2003-cü ildən fəaliyyət göstərən “AF Bank” ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 315,815 milyon manatdır.

 

 

Son xəbərlər
Digər xəbərlər