25 C
Baku
Saturday, April 20, 2024

Bank VTB keçirdiyi nağdsız ödənişlər üzrə aksiyanın qaliblərini müəyyən edib®

Bank VTB (Azərbaycan) nağdsız ödənişlər üzrə aksiyanın qaliblərini müəyyən etdi. Aksiya müddətində VTB (Azərbaycan)-ın Mastercard ödəniş sisteminin kartı ilə daha çox nağdsız ödəniş həyata keçirən bankın 3 müştərisi aksiyanın qalibi oldu.  

Belə ki, birinci yeri tutan aksiya iştirakçısı Bakı-Moskva-Bakı istiqamətində aviabilet qazandı. İkinci yerin sahibinə paytaxtın məşhur restoranların birində şam yeməyi üçün sertifikat verildi. Üçüncü yerin sahibi isə bankın istənilən xidmətinə 125 manat məbləğində illik abunə qazandı. 

Bank VTB (Azərbaycan)-ın Mastercard ödəniş sisteminin kart istifadəçiləri üçün nəzərdə tutulan nağdsız əməliyyatlar üzrə xüsusi aksiya 2019-cu ilin iyul ayından sentyabr ayınadək keçirilirdi.  Aksiyanın şərtlərinə əsasən, VTB (Azərbaycan) kartı vasitəsilə 20 manat məbləğindən başlayaraq ən azı 3 nağdsız ödəniş həyata keçirən müştərilər qiymətli hədiyyələr qazanmaq şansı əldə edirdi.

 

 

 

 

 

 

 

 

 

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər