25 C
Baku
Friday, April 19, 2024

“Bank VTB(Azərbaycan)”nın təklif etdiyi məhsullar

Banker.az monitorinq qrupu fərqli məhsullar üzrə ümumi bazar araşdırması etməklə yanaşı, bir banka məxsus fərqli məhsul çeşidinin analizini də aparmaqdadır. Daha öncə bir neçə bank haqqında oxşar araşdırmaları sizlərə təqdim etmişdik. Növbəti dayanacağımız Bank VTB-dir.

Bank VTB (Azərbaycan) – 23 noyabr 2009-cu il tarixdə Azərbaycan Respublikası Milli Bankının lisenziyası əsasında fəaliyyətə başlamışdır və bu illər ərzində Azərbaycanın aparıcı banklarından birinə çevrilmişdir. Bank 20-dən çox ölkədə nümayəndəliyi olan VTB beynəlxalq maiyyə qrupunun hissəsidir.Hazırda Bank VTB-nin səhmləri 51% Rusiya tərəfinə (Bank VTB), 48,99% “Ata Holding” ASC-yə və 0,01% isə fiziki şəxsə məxsusdur.

Bankın korporativ biznesin, xüsusən də kiçik və orta sahibkarlığın inkişafına xüsusi diqqət ayırır. Bank VTB-nin əsas məqsədi Azərbaycan biznesinə VTB qrupun fəaliyyət göstərdiyi ölkələrin bazarlarına çıxmağa kömək etmək, eləcə də Azərbaycanda işləyən Rusiya şirkətlərinə dəstək olmaqdır. Bank, kiçik və orta biznes üçün etibarlı, sabit maliyyə qurumudur.

Belə unikal şəbəkə VTB müştərilərinə bu ölkələrdə bank əməliyyatları aparmağa, xüsusilə də qısa müddət ərzində və sərfəli tariflərlə pul köçürmələri həyata keçirməyə imkan verir. Bankın təklif etdiyi ənənəvi məhsullara misal olaraq hesablaşma-kassa xidmətlərini, istehlak və biznes kreditlərini, İpoteka kreditini, müxtəlif əmanət məhsullarını, plastik kartları, pul köçürmələrini, bank seyflərinin icarəsini, İnternet və Mobile Banking xidmətlərini və s. misal göstərmək olar.

Bankın məhsul çeşidi sırasında bizim diqqətimizi çəkən əsas məhsulları və onların şərtlərini Sizlərin diqqətinə çatdırırıq.

Təhsil krediti” məhsulu  –  Təhsil haqqının ödənilməsi üçün yaradılmış imkandır.

Təhsil kreditinin fərqli tərəfi ondan ibarətdir ki, kreditin məbləği nağdsız şəkildə Universitetnin hesabına köçürülür. Hər tranş zamanı 0,5% komissiya hesablanır. Kreditin rəsmiləşdirilməsi zamanı sığorta nəzərdə tutulub və sığorta məbləği müştəri tərəfindən ödənilir.

Kreditin məbləği – 300 AZN- 30 000 AZN

Kartın müddəti – 6 ay – 60 ay

İllik faiz dərəcəsi (illik) – 19% (girovla), 21% (girovsuz)

Yaş həddi – qadınlar üçün 18-60 yaş, kişilər üçün 18-65 yaş

İş yerində staj ümumi staj 1 ildən az olmamaq şərti ilə son iş yerində minimum 6 ay

Bank VTB-nin əmanət məhsullarının bazardakı digər məhsullardan fərqi Rubl valyutasının mövcudluğudur. Belə ki, Siz bu bankda həm AZN, USD və Rubl valyutasında əmanət yerləşdirə bilərsiniz. Bank Sizə 3 növdə – “Universal əmanət”, “Sərbəst Əmanət”, “ Sərfəli Əmanət” Əmanət məhsulu təklif edir.

Bank VTB paytaxtda 5 filial ilə müştərilərə xidmət göstərməkdədir.

Bank top menecerləri xarici ölkə vətəndaşlarından təşkil olunan Banklar sırasına daxildir. Belə ki,  İdarə Heyətinin sədri Kirin Yevgeni Anatolyeviç, İdarə heyətinin digər üzvü isə Klimenko Vadim Aleksandroviçdir.

Son xəbərlər
Digər xəbərlər