2 C
Baku
Saturday, December 14, 2024

“Bank VTB”nin rəhbəri problemi kreditlərinin geri qayıtması ilə bağlı nikbin görünür

“Səhmdarlar və bank menecmenti vaxtı keçmiş problemli kreditlərin geri qaytarılmasını hədəfləyir və bu baxımdan bizim müsbət nəticələrimiz var”.

Bunu bu gün Banker.az-ın müxbirinin sualına cavab olaraq press-konfransda “Bank VTB (Azərbaycan)” ASC-nin İdarə Heyəti sədri Kirin Yevgeni deyib.

Bildiyimiz kimi, bank 2018-ci ildə problemli kreditlərə ayırmalardan sonra aktivləri kiçilmişdi. Lakin, buna rəğmən, bank artıq bu istiqamətdə “özünə gəlib” və son göstəricilərdə bu növ kreditlərin geridönüşü hesabına bankın 4,76 milyon manatlıq xalis mənfəəti var. Reallıqda bankın balansında isə azalsa belə -256,81 mln. manatlıq yığılmış zərər var. Sual isə bundan ibarətdir ki, bankın səhmdarları – əsas payçı Rusiyanın “VTB” bankı (hazırda bankın törəmə bankda payı 99,9999 %) bu bank qarşısında gələcək üçün hansı missiyanı qoyduğudur.

K.Yevgeni, bununla bağlı şərhində pozitiv görünür və deyir ki, artıq səhmdarlarına olan borcu bir neçə dəfə geri qaytara biliblər.

“Birincisi, ümumilikdə 2017-ci ildən 2019-cu ilədək 95 milyon manat borc ödənilib, yəni biz bu pulu bankın səhmdarlarına geri qaytardıq.

İkincisi, konkret olaraq 2019-cu ildə 19,7 milyon manat borc ödənilib. Bu işin nəticələrinin obyektiv qiymətləndirilməsi üçün demək istəyərdim ki, bu 20 milyon manatdan 13 milyon manat korporativ müştərilərin borcunun, yəni biznesin payına düşür”.

Törəmə bankın sədri deyir ki, əlavə olaraq bildirib ki, məhkəmə prosedurlarının ləng həyata keçirildiyini vurğulayır.

O deyir ki, bu prosesin effektivliyini artırmaq üçün araşdırılma prosedurunun sürətləndirmək lazımdır.

Bank sədrinin cavabından hiss olunur ki, problemli kreditlərinin həlli bir qədər məhkəməki yubanmalardan bankın istər fiziki istərsə dəhüquqi şəxslərdə olan problemli kreditin geri dönməsi çox aslıdır.

“Qeyd edim ki, problemli kreditlərin geri qaytarılması işləri 3-5 il ərzində aparılır. Bank sektorunda vaxtı keçmiş kreditlər 1,4 milyard manat təşkil edir. Hesab edin ki, bu iqtisadiyyatdan götürülmüş məbləğdir”- deyə bank sədri bildirir.

Son xəbərlər
Digər xəbərlər