Timoti Sloan, CEO və Wells Fargo bankın rəhbəri, 30 iyunda vəzifəsindən azad olunur. Bu xəbər Wells Fargo bankının internet saytında cümə axşamı günü nəşr olunmuşdu, TASS xəbər verir.
“Bankın Direktorlar Şurası müvəqqəti icraçı direktor, prezident və idarə heyətinin üzvü kimi Allen Parker-i təyin edib. Bu qərar dərhal qüvvəyə minib”, – bank məlumat verib. “Tim Sloan 31 ildən çoxdur ki, 2016-cı ildən etibarən baş direktor vəzifəsini icra edən qürur və fədakarlıqla müəssisəmizə xidmət etmişdir. O, uzun müddətdir Wells Fargo şirkətinin maraqları üçün səhmdarlarımızın xeyrinə çalışmışdır”, – bankın idarə heyətinin sədri Betsi Duke bildirib.
Dekabr ayında Wells Fargo, ABŞ-ın 50 ştatının və federal bölgələrindəki vəkillərin bəzi iddialarını həll etmək üçün 575 milyon dollar ödəyəcəyini açıqlamışdı. Wells Fargo, müştərilərindən xəbərsiz şəkildə hesabların açmasında və satış planını yerinə yetirmək üçün lazımsız xidmətləri təklif etdiyinə görə təqsirləndirilib.
Son iki ildə Wells Fargo məhkəmə prosesində bir neçə dəfə iştirak edib. Qeyd etmək lazımdır ki, bank işçiləri həmçinin saxta elektron poçt ünvanlarının yaradılmasında da ittiham olunurlar.
Wells Fargo bütün ittihamları qəbul edir və məsələ ilə bağlı olaraq 5 mindən çox işçini vəzifədən azad etdiyini qeyd edir. Bütün bunların nəticəsində bankın direktoru John Stumpf vəzifəsini tərk etməli olmuşdur, onun yerinin Sloan tutub.
2018-ci ilin aprel ayında federal tənzimləyicilər avtomobil və ipoteka kreditləri bazarında fırıldaqçılıq hallarını aşkar edərək banka münasibətdə 1 milyard dollar məbləğində cərimə tətbiq ediblər. Eyni ilin may ayında isə maliyyə institutu zərər çəkmiş müştərilərə 480 milyon dollar ödəmək barədə razılığa gəlib.