23 C
Baku
Thursday, August 11, 2022

Bank xətaları insanları necə milyonçuya çevirir?

Bankda hesab açarkən müştərilər müqavilə imzalayarkən orada bir maddə nəzərə çarpmadan qalır. Bu maddəyə əsasən, müştəri səhvən hesabına yatırılmış məbləği bankın hesabdan silməsinə icazə verir. Təcrübəyə əsasən, bu xətalar adətən texniki səhvlər və yaxud insan amili səbəbindən tez-tez baş verir.

Belorusiya vətəndaşlarından biri belə bir xətalardan birindən faydalanmaq qərarına gəlir. Belə ki, o kartına səhvən yatırılmış məbləğin bank tərəfindən silinmədiyini aşkar edir. Həmin şəxs proqram təminatında yaranan xətadan istifadə edərək 9 ay ərzində kartından səhvən yatırılmış 170 min dollar çıxarmışdır.

Lakin son nəticədə istintaq orqanları onunla maraqlanmağa başlayır. Onların versiyasına əsasən, vətəndaş özünün real gəlirinin kartdakı məbləğdən əhəmiyyətli dərəcədə az olduğunu bilməyə bilməzdi. Deməli, söhbət fırıldaqçılıq halından gedir.

2013-cü ildə texniki xəta dünyaya Kris Reynolds adlı yeni bir varlı şəxs “hədiyyə etdi”. O PayPal-dan balansının 92 kvadrilyon dollar həcmində artırıldığı barədə məktub alır. Xəta tezliklə düzəldilir. Şirkət nümayəndələri öz günahlarını etiraf etmiş və həmin məbləği Reynolds-un uyğun gördüyü xeyriyyə məqsədilə xərcləməyə razılıq vermişlər.

Xəta nəticəsində bank hesabında 4 trilyon dollar aşkar edən Texas sakini isə ABŞ-ın dövlət borcunu ödəmək məqsədilə 3 trilyon dollar ödəməyə razılıq vermişdi.

Lakin banklar heç də həmişə xətanı vaxtında düzəltməyə nail olurlar. Məsələn, Yeni Zellandiyada bir şəxs bankdan 100 min yeni zellandiya dolları kredit tələb etdikdə hesabında 100 milyon dollar aşkar edir. O tez bir şəkildə pulları nağdlaşdırmış və Çinə qaçmışdır. Orada kifayət qədər zaman keçirdikdən sonra evə qayıtmaq qərarına hələn milyonçu dərhal həbs edilir.

Son xəbərlər
Oxşar xəbərlər