19 C
Baku
Wednesday, November 12, 2025

Bank Xaçmazdakı əmlakını satır – 582 min manatdan başlayan qiymətlə bina satışa çıxarılır

“Azərbaycan Beynəlxalq Bankı” ASC balansında olan daşınmaz əmlakın satışını elan edib.

Banker.az xəbər verir ki, hərrac 16 dekabr 2025-ci il tarixində, saat 11:00-da keçiriləcək.

Hərraca çıxarılan əmlak Xaçmaz şəhəri, Hüseyn bəy Rəsulbəyov küçəsi, giriş 68 ünvanında yerləşən 472,1 kv.m-lik qeyri-yaşayış binasıdır.

Əmlaka məxsus torpaq sahəsi 0,0314 hektar təşkil edir. Start qiyməti 582 883 manat, beh məbləği isə 58 288,30 manat müəyyən edilib.

Daşınmaz əmlaka baxış hərracın keçirilmə tarixinədək hər həftənin cümə günü saat 10:00-12:00-a kimi keçirilir. Hərrac Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında 2-ci mərtəbədə keçiriləcəkdir.

Son xəbərlər
Digər xəbərlər