Norveçin nəhəng banklarından biri olan DNB üzərində qızıl sikkələr fonunda sevinən, eybəcər yəhudi təsvir edilmiş plastik kart buraxıb. The Jerusalem Post-un verdiyi məlumata görə, bu plastik kart bütün dünyada İsraili müsbət obrazda tanıdan Alelu fondunun narazılığına səbəb olub, bank özü isə antisemitizmdə günahlandırılır.
Kartın buraxılmasını öyrənən fond bankla əlaqə yaratmış və vəziyyəti aydınlaşdırmasını tələb etmişdir. Bir qədər sonra maliyyə təşkilatının əməkdaşları kartın bu cür dizaynını müştəri seçmişdir.
Onlar qeyd etmişlər ki, DNB adətən müştərilərin hansı təsviri seçməsini diqqətlə izləyir, lakin bu dəfə sistemdə xəta vermişdir. Verilən məlumatda deyilir: “Biz baş verən hadisə ilə bağlı təəssüf edirik. Bu kart heç zaman buraxılmalı deyildi”.
Həmçinin DNB bankdan bildirmişlər ki, plastik kart blok ediləcək, müştəriyə isə neytral dizaynlı yeni kart veriləcək.