11 C
Baku
Wednesday, December 11, 2024

Banka 20 min manatdan artıq əmanət qoyduqda dövlət orqanları bu haqqda məlumatlandırılır?

Zaman keçdikcə insanların bank sisteminə etibarının artıması ilə korrelyasiyada olan əmanətlərin həcm baxımdan artım tempidə sürətlənməkdədir. Banker.az-ın Mərkəzi Banka istinadən verdiyi məlumata görə, hazırda əhalinin banlarda 6 milyard manatdan çox vəsaiti saxlanılır.  Oxucularımız tez-tez redaksiyamıza belə bir sualla müraciət edirlər: “Banka hansı məbləğdə depozitə pul qoysam diqqət cəlb etmərəm? ” və ya “Banka qoyduğum əmanət haqqında dövlət strukturları bilirlərmi?”. Bu suallara öz növbəmizdə qısaca cavab vermək istərdik.

Banker.az ekspertlərinin yuxarıdakı suallarla bağlı qeyd etmək istərdilərki,  əgər müştəri depozitə 20 min manatdan yuxarı məbləğ qoyarsa o zaman bank məcburdurki bu əməliyyat barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi xitmətinə məlumat versinlər.  Maliyyə Monitorinq xidməti 20 mindən yuxarı bütün əməliyyatları şübhəli əməliyyat kimi qəbul edib təhlillər aparır.

Banker.az olaraq tövsiyyə edərdik ki,riskləri sığortalamaq məqsədi ilə  böyük məbləğdə olan əmanətləri bölərək bir neçə banka yerləşdirəsiniz.

Son xəbərlər
Digər xəbərlər