28 C
Baku
Saturday, July 13, 2024

Banka bomba qoyulması barədə yalan məlumat verən şəxsin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində banka terrorçuluq barədə yalan məlumat verməkdə təqsirləndirilən Vəliyev Hidayət İslam oğlunun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Prosesin baxış iclası oktyabrın 19-na təyin edilib.

Qeyd edək ki, H. Vəliyev Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək banklardan birinin ofisinə bomba qoyulması barədə məlumat verib. Lakin onun məlumatı düzgün çıxmayıb.  İbtidai istintaq zamanı H. Vəliyevin hadisəni anlaqsız vəziyyətdə törətdiyi məlum olub. O, Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə yalan məlumat vermə) maddəsinə əsasən təqsirləndirilir.

Son xəbərlər
Digər xəbərlər