8 C
Baku
Wednesday, October 30, 2024

Banka borcu olan şəxs həbs oluna bilərmi?

Banka kredit borcu olduğu üçün bir neçə gün öncə daha bir nəfərin həbs olunması kredit götürən şəxslər arasında bu sualı formalaşdırıb. Məsələnin həm iqtisadi, həm də hüquqi tərəflərini eksperlərlə birlikdə araşdırdıq.

Bu barədə açıqlama verən iqtisadçı Samir Əliyev bildirdi ki,  söhbət borca görə həbsdən deyil, məhkəmənin qərarlarının icra etməməsinə görə həbsdən gedir:

“Vətəndaş krediti ödəyə bilməyəndə bank məhkəməyə müraciət edir. Məhkəmə isə müştərinin borcu ödəməsi üçün vaxt təyin edir.  Orada “Cinayət Məcəlləsinin konkret maddəsinə görə məhkəmə qərarlarını icra etməmək cinayət məsuliyyəti daşımaq deməkdir”- belə bir xəbərdarlıq qeyd olunur. Müştəri borcu təyin edilən vaxta kimi ödəyirsə, heç bir problem yaşanmır.  Yox əgər məhkəmənin qərarından sonra da müştəri ödəmirsə, artıq məhkəmə öz qərarlarını icra etməyə məcbur qalır. Yəni, həmin şəxsi məsuliyyətə cəlb edir”.

Məsələnin hüquqi izahını verən “Vəkillər kollegiyası”nın üzvü, vəkil Asif Abdullayev bildirdi ki, həbs borcun üzürsüz səbəbdən ödənilmədiyi təqdirdə baş verir:

“İnzibati Xətalar Məcəlləsində bununla bağlı maddə var. Amma orada sübut olunmalıdır ki, bu insanın imkanı var, amma qərəzli olaraq borcunu ödəmir. Təcrübədə isə müştəriyə borcunu ödəməsi üçün xəbərdarlıq edilir və müəyyən vaxt təyin olunur. Həmin vaxta kimi ödəniş olunmadığı təqdirdə isə, tədbir görülməyə başlanılır.

Hesab edirəm ki, bu, tam şəkildə düzgün deyil. Borclunun üzürsüz səbəbdən, tam qərəzli şəkildə borcunu ödəməkdən yayınmasını icra məmuru məhkəmədə sübut eləməlidir. Məhkəmə də onu əsaslandırmalıdır ki, bu insanın həqiqətən də imkanı var və ödəniş etmir. Yaxud da, işləmək imkanı var, amma işdən yayınır.

Ona görə də, birbaşa, konkret olaraq borc öhtəliyinə görə müştərinin həbsi nəzərdə tutulmur. Sadəcə məhkəmə qətnaməsinin icra edilməməsinə görə, qanunvericilikdə belə bir tədbirlər var”.

ATV

Son xəbərlər
Digər xəbərlər