19 C
Baku
Friday, May 3, 2024

Banka məxsus qeyri-yaşayış binası 800 min manata satışa çıxarılır

19 mart 2024-cü il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan  “Yunayted Kredit Bank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaqdır.

Banker.az xəbər verir ki, daşınmaz əmlak Masallı şəhəri, 20 Yanvar küçəsində istifadədə olan, 0.332 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 5951.7 kv.m olan qeyri-yaşayış binası yanğından sonrakı vəziyyəti nəzərə alınmaqla qeyri-işlək vəziyyətdədir.

Daşınmaz əmlakın ilkin satış qiyməti 800,000 manatdır. 

Satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.

Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri.

Ünvan: Bakı şəh, Səbail ray, Badamdar qəsəbəsi, Badamdar şössesi 27-dir (“AVİS” aptekin arxası).

Son xəbərlər
 ⁠
Digər xəbərlər