8 C
Baku
Thursday, December 12, 2024

Banka olan borca görə tutulmuş zaminin şikayəti təmin edilməyib

Bu gün Bakı Apellyasiya Məhkəməsində bankdan kredit götürən şəxsin həbs edilən zamini Vahid Kərimov barəsində verilmiş apellyasiya şikayəti üzrə məhkəmə keçirilib.

Bu barədə agentliyə onun vəkili Əkrəm Həsənov məlumat verib.

Vəkilin sözlərinə görə, hakim Qail Məmmədovun sədrliyi keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayətini təmin edilməyib.

Qeyd edək ki, V.Kərimov “Rabitəbank”a 7 225,7 manat pul borcu olan bir vətəndaşın zaminidir. O, martın 11-də Səbail Rayon Məhkəməsinin qərarı ilə 10 gün müddətinə həbs edib.

Vəkil Ə.Həsənov bildirib ki, V.Kərimovun 2 və 3 yaşında körpə uşaqları var: “Onun özü və həyat yoldaşı işləmirlər. Buna baxmayaraq, zamin olduğu borc üzrə birtəhər 200 manat tapıb ödəyib. Borclu və digər zaminlər isə heç nə ödəməyib, onları narahat edən də yoxdur. İcra məmurları girova da tutma yönətməyə tələsmir”.

Vəkil qeyd edib ki, icra məmuru protokol tərtib edərək V.Kərimova qarşı inzibati xəta haqqında işin icraatına başlayıb: “Dərhal da Səbail Rayon Məhkəməsinin hakimi Rauf Əhmədov İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə (Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi”) əsasən Vahid Kərimovu həbs edib”.

Report

Son xəbərlər
Digər xəbərlər