1 avqust tarixində Azərbaycanda cəlb olunmuş əmanətlər 6 940 035.4 min manat təşkil edib.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, ilin əvvəlindən ölkə üzrə cəlb olunmuş əmanətlər 7.7% artıb.
Bakı şəhəri üzrə cəlb olunmuş əmanətlər isə 6 404 488.8 min manat təşkil edib ki, bu da ölkə üzrə cəlb olunmuş əmanətlərin 92%-i təşkil edir.
Digər regionlar üzrə isə
Abşeron iqtisadi rayonu- 171 048.1 min manat, Aran iqtisadi rayonu- 163 168.2 min manat, Dağlıq Şirvan iqtisadi rayonu – 18 838.0 min manat, Gəncə-Qazax iqtisadi rayonu – 60 339.5 min manat, Quba-Xaçmaz iqtisadi rayonu – 16 412.4 min manat, Lənkəran iqtisadi rayonu – 41 825.9 min manat, Şəki-Zaqatala iqtisadi rayonu – 23 572.3 min manat, Naxçıvan iqtisadi rayonu – 20 528.6 min manat təşkil edib.
Ümumilikdə isə ölkə üzrə cəlb olunmuş əmanətlərin 8%-i regionların payına düşür. Daha az cəlb olunmuş əmanətlər isə Quba-Xaçmaz iqtisadi rayonunda qeydə alınıb.