7 C
Baku
Thursday, December 12, 2024

Banka saxta 250 min rubl satan şəxslərə 16 İL HƏBS

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində saxta pul dövriyyəsində  təqsirləndirilən Valeh Babayev və Qadir Kərimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az-ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, V.Babayev 9 il , Qadir Kərimov isə 7 il müddətindən azadlıqdan məhrum edilib.

Qadir Kərimov məhkəmə zalından həbs edilib.

Qeyd edək ki, 2014-cü ilin dekabrında Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Astara rayon sakinləri Qadir Kərimov və Valeh Babayevdən saxta əskinaslar götürülüb.

Nəsimi Rayon Polis İdarəsi (RPI) 22-ci Polis Bölməsi (PB) əməkdaşları tərəfindən Astara rayon sakinləri Qadir Kərimov və əvvəllər məhkum olunmuş Valeh Babayev şübhəli şəxs qismində PB-yə gətiriliblər. Q.Kərimovdan 250.000 rubl saxta əskinas götürülüb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların, cari il noyabr ayının 23-də 28 May küçəsində yerləşən “Standart Banka” məxsus valyutadəyişmə məntəqəsinə gəlib orada işləyən Fərid Məmmədova 250.000 rubl saxta əskinas verib 3075 manat almaları müəyyən edilib.

V.Babayev və Q.Kərimov Cinayət Məcəlləsinin 204-cü maddəsi ilə ittiham olunublar.

Təqsirləndirilənlərdən Qadir Kərimov istintaq dövründə şərti azadlıqda olub.

lent.az

Son xəbərlər
Digər xəbərlər