10 C
Baku
Friday, December 13, 2024

Banka saxta dollar satmaq istəyənlərə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində saxta pul hazırlamaqda ittiham olunan Çin vətəndaşları – Çen Vonq Lin, Lin Ji Fanq və Dağıstandan olan Rusiya vətəndaşı Rəsulov Məhəmmədrəsul Muxtaroviçin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Banker.az-ın xəbərinə görə, prosesdə hökm oxunub. Hökmə görə, təqsirləndirilən şəxslərin hər üçü 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

İttihama görə, təqsirləndirilən şəxslər Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən “Rabitə Bank”ın “Yasamal” filialında külli miqdarda saxta dolları dəyişmək istəyərkən tutulublar. Məlumata görə, onlar saxta 18 min 900 dolları dəyişmək istəyərkən saxlanılıblar.

Hər üç şəxsə qarşı Cinayət Məcəlləsinin 204-cü (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər
Digər xəbərlər