Paytaxt sakini başqasına məxsus bankomat kartından 3 min manat pul çıxarıb
Başqasına məxsus bankomat kartından pul çıxaran şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, bir nəfər şəxs bankomatdan pul çıxarıb.
Hadisə ötən il dekabrın 1-də Mərdəkan qəsəbəsi ərazisində baş verib. Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq faktının üstü açılıb.
Həmin ərazidə yerləşən “Unibanka” məxsus bankomatdan Vahid Sadata məxsus bankomat kartından 2 min 964 manatını çıxarmış Bakı şəhər sakini Elxan Cahangirov tutulub.
ANS PRESS