1 C
Baku
Thursday, February 29, 2024

Bankda cərimə göstərilmir, amma məbləğ hər gün artır – VİDEO

Bakı-Qazax yolunda təhlükəsizlik kəməri taxmadıği üçün cərimə olunan sürücü cəriməsini heç yerdə ödəyə bilmir. Banklarda borcunu ödəməyə dəfələrlə cəhd etsə də, adında heç bir cərimə borcu göstərilmir. Bununla belə onun avtomobilinə həbs qoyulub.

Seymur Aslanov İyul ayında təhlükəsizlik kəmərini taxmadığı üçün cərimə olunub. Elə yerindəcə protokol tərtib olunub. Amma sürücü cəriməni ödəmək üçün dəfələrlə banka müraciət etsədə onun adında heç bir cərimənin göstərilmədiyini deyiblər. İndi isə Seymur Aslanov öyrənib ki cəriməsi 40 manatdan artaraq 64 manat olub. Üstəlik avtomobilinə də həbs qoyulub.
Maraqlısı budur ki, onun cəriməsi yenə də sistemdə yoxdu. O, banklar vasitəsi ilə cəriməni ödəyə bilmir.
Məsələylə bağlı yol hərəkəti qaydalaraı üzrə ekspert Ərşad Hüseynov yerindəcə yazılmış cərimələrdə bu kimi problemlərinm çox olduğunu və ümumiyyətlə cərimələrin ən qısa zamanda istənilən bankda ödəmənin təmin edilməli olduğunu bildirdi.
Belə olan halda sürücü cəriməni 3 gün ərzində ödəyib 10 faiz güzəşt hüququndan da istifadə edə bilmir. Ekspert deyir ki, sürücü cəriməni hər hansısa bankda ödəyə bilmədikdə ona heçbir əlavə cərimə yazıla bilməz. Əgər faiz yazılıbsa belə bu, qanunsuzdur.
Son xəbərlər
Digər xəbərlər