23 C
Baku
Tuesday, October 1, 2024

“Bankda qorunan əmanətlərin yalnız 67% -i qorunur”

Cari ilin birinci rübündə fiziki şəxslərin cəmi əmanətləri ümumi əmanətlərin (maliyyə sektoru istisna olmaqla) 67 faizini təşkil etmişdir.

Birinci rübdə fiziki şəxslərin cəmi əmanətlərinin (6,1 milyard manat) 41,3 faizini (2,51 milyard manat) qorunmayan əmanətlər, 58,7 faizini (3,57 milyard manat) isə qorunan əmanətlər təşkil etmişdir.

Kompensasiya olunan əmanətlər 1 947 milyon manat olmuşdur ki, bu da qorunan əmanətlərin 54 faizini təşkil edir. Qorunan əmanətlərin 62 faizi manatın, 34 faizi ABŞ dollarının, 4 faizi avronun payına düşür. Üzv banklar tərəfindən 5 milyon 862 min 322 əmanətçiyə xidmət göstərilir. Onların 5 milyon 346 min 340 nəfəri (91 faiz) qorunan əmanətçidir. Hazırda Fondun sığorta ehtiyatları 79,7 milyon manatdır.

AzərTAc

Son xəbərlər
Digər xəbərlər