Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin Daxili audit şöbəsinin rəhbəri təyin edilib.
Banker.az xəbər verir ki, müvafiq vəzifəyə Əhməd Müslümzadə gətirilib.
2020-ci ildən Ə. Müslümzadə “Unibank”ın daxili audit departamentinin direktoru idi.
Ə.Müslümzadə “Unibank”dan öncə isə “Bank Respublika”da müvafiq sahə üzrə çalışıb.
Əhməd Müslümzadə 2001-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə bazarları ixtisası üzrə bakalavr, 2006-2008-ci illərdə müvafiq ixtisas üzrə magistr və Esseks Universitetində MBA dərəcəsinə yiyələnib.