14 C
Baku
Thursday, November 27, 2025

Bankdan BOKT-nin rəhbərliyinə transfer oldu

Dörd ildir Azərbaycanda fəaliyyətdə olan bank olmayan kredit təşkilatı “AzFinans” MMC-yə direktor (təkbaşına rəhbər) təyin edilib.

Banker.az xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının qərarı ilə Vəli İsmayılzadə direktor təyin edilib və noyabrdan müvafiq vəzifədə çalışır.

O bu vəzifədə Araz Hüseynzadəni əvəz edib.

Vəli İsmayılzadə 11 ilə yaxındır ki, bank sektorunda çalışırdı. Belə ki, o 2015-ci ildən “Bank Respublika” ASC-də çalışıb. Son iki ili isə Bankın Risklərlə əlaqəli şöbədə müdir kimi çalışırdı.

BOKT “Azfinans” MMC 2024-cü ili 38.7 min manat xalis zərərlə başa vurub. Bu, 2023-cü ildəki 1.9 min manat xalis mənfəət ilə müqayisədə 40.6 min manat və ya 2143% geriləmədir.

Xatırladaq ki, BOKT “Azfinans” MMC 2021-ci ildə yaradılıb və 300 min manat nizamnamə kapitalı vardır. BOKT-nin səhmlərinin 100%-i Əliyev İlqar Şükür oğluna məxsusdur.

Son xəbərlər
Digər xəbərlər